Orqanizmdən artıq şəkəri çıxaran super ərzaq müəyyən edildi…backend

Orqanizmdən artıq şəkəri çıxaran super ərzaq müəyyən edildi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dietoloqlar bədəndən artıq şəkəri çıxaran bir super ərzağın adını çəkiblər.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, bu, yunan qatığıdır.
Xəbərdə deyilir ki, çox yunan qatığı yeyən insanlarda insulin müqavimətinin ən aşağı riski var. Gündəlik yunan qatığı yemək diabet riskini azaltmağa kömək edə bilər.
Diabet –  mədəaltı vəzi kifayət qədər insulin istehsal edə bilmədikdə və ya orqanizm ona  kifayət qədər reaksiya vermədikdə inkişaf edir. Diabetin inkişaf riskinin qarşısını almaq üçün qida rasionunuza yunan qatığı əlavə etməlisiniz. Bu məhsulun tərkibində uzun müddət həzm olunduğuna görə qana qlükoza buraxılmasını azaldan zülalın miqqdarı çox yüksəkdir.
Üstəlik, yunan qatıqında şəkər və karbohidrogen də çox azdır.
Ardıcıl olaraq yunan qatığını istehlak etmək qanda şəkərin aşağı düşməsinə kömək edə bilər.