Orqan transplantasiyası ilə bağlı yeni qərarbackend

Orqan transplantasiyası ilə bağlı yeni qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az xəbər verir ki, Baş nazir Əli Əsədov “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin “Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanununa uyğun olaraq donor orqanların transplantasiyasını, habelə bu məqsədlə donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək dövlət adından yaradılan tibb müəssisələrinin əlavə olaraq yerinə yetirdiyi vəzifələr sırasına daxil edilib.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.