Ordumuzun qələbə çalacağı gün uzaqda deyilbackend

Ordumuzun qələbə çalacağı gün uzaqda deyil

Hər bir kəsə məlumdur ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud surətdə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ermənilərin növbəti təxribatıdır.

Azərbaycan ordusunun həyata keçirdiyi əks tədbirlər nəticəsində düşmənin geri otuzdurulması hər bir Azərbaycan vətəndaşının ürəyincə oldu.

Bir həqiqətdir ki, bu gün Ermənistanda xalqın hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyanfaktiki olaraq ölkədə diktatura qurmuşdur. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünməsi üçün heç bir əsas yoxdur.

Artıq Ermənistanda etiraz aksiyalarına baçlanılıb, sosial şəbəkələrdə hazırkı Ermənistan hakimiyyəti ciddi tənqid olunur. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddiaları ironiya ilə qarşılanır. İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olmuşdur.

Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplaşaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənir. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

2016-cı ilin aprel döyüşləri deməyə əsas verir ki, Azərbaycan Ordusunun qələbə çalacağı gün uzaqda deyil. Əminik ki, güclü Ordumuz sayəsində tezliklə işğal altında olan torpaqlarımız azad ediləcəkdir.

Əliyeva Kəmalə

Nəsimi rayon təhsil işçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki