Ordumuzun komando hərbi hissəsində taktiki təlim keçirildi (FOTO/VİDEO)backend

Ordumuzun komando hərbi hissəsində taktiki təlim keçirildi (FOTO/VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2021-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyət “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna hərəkət edib.
Təlimin ssenarisinə uyğun olaraq verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə keçən heyət atəş mövqelərini tutaraq atıcı silahlardan və qumbaraatanlardan atışlar icra edib.
Təlimin əsas məqsədi şəxsi heyətin atıcı silahlardan istifadəetmə bacarıqlarının və Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.