Ordumuzun Ağdərədə erməni traktor sürücüsünü öldürməsi barədə məlumat yalandır (RƏSMİ)backend

Ordumuzun Ağdərədə erməni traktor sürücüsünü öldürməsi barədə məlumat yalandır (RƏSMİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ağdərə və Arazdəyən istiqamətində atəşkəsi pozması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib.
Nazirlikdən TİA.AZ-a bildirilib ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.