Tribuna İnformasiya Agentliyi

İordaniya Əsədi təkzib etdi və təsəlli verdi

22 Aprel

İordaniyanın Suriyaya ordu yeridəcəyi fikri həqiqətdən uzaqdır. 

İordaniyanın Suriyaya ordu yeridəcəyi fikri həqiqətdən uzaqdır.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İordaniyanın İnformasiya naziri Məhəmməd Momani söyləyib.

“Təəssüf edirik ki, öz ərazisinin böyük hissəsinə nəzarət edə bilməyən Əsəd bizim adımızdan danışır. İordaniya Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Biz terrorçularla mübarizəni vacib sayırıq”.

Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd bundan öncə İordaniyanın Suriyaya ordu yeritmək istədiyini bildirmişdi. O, İordaniyanı ABŞ-ın köləsi adlandırmışdı.