Oqtay Gülalıyevin səhhətindən xoş xəbərbackend

Oqtay Gülalıyevin səhhətindən xoş xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.
Yazar Zümrüd Yağmurun  verdiyi məlumata görə, Oqtay Gülalıyev qurğuların köməyi ilə hər gün ayaqüstə qaldırılır:
“Gözlərini açır, əlini tərpədir və aparatın köməyi ilə ayaqüstə qaldırılır. Bundan əlavə, hər gün bir saat əlil arabasında otuzdurulur”.
Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da paytaxtın Nəsimi rayonunda ərazisində yolu keçərkən “Hyundai Accent” markalı avtomobillə vurulub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospitalda O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Xatırladaq ki, noyabrın 4-dən sonra Oqtay Gülalıyevin müalicə xərclərini Heydər Əliyev Fondu ödəyir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.