Tribuna İnformasiya Agentliyi

Oqtay Gülalıyev hələ də komadadır – son durum

13 Noyabr

 Xəzər Teyyublu: “Müalicə Almaniya səviyyəsində aparılmasa…”

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ürəkaçan deyil. Hazırda Türkiyədə İstanbul Avrasiya Xəstəxanasında müalicə alan Gülalıyev komadan ayılmır.  REAL-a açıqlamasında Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyilənləri təsdiqləyərək, onun vəziyyətinin ağır olduğunu söyləyib.

Türkiyə həkimləri isə onun 20 faiz yaşama ehtimalı olduğunu deyirlər. Onların dediklərindən çıxış etsək, “Oqtay bəyin beynində üç hüceyrə öldüyü üçün yalnız müşahidə etmə qabiliyyətinə malik olacaq”.

Bu məsələlərə aydınlıq gətirmək üçün həkim-professor Adil Qeybulla ilə əlaqə saxlanılıb (Gündəm-Xəbər). Onun fikirlərini təqdim edirik: “’Əslində bu üç hüceyrə söhbəti düzgün deyil. Beyində üç milyard hüceyrə var. Heç vaxt, kompüter tomoqrafiyası ilə hansı hüceyrənin ölməsini və ya qalmasını müəyyən eləmək olmaz. Ola bilər üç mühüm sahədən söhbət gedir. Məsələn, danışıq mərkəzi, düşünmə mərkəzi və s., və i. Yəni bu mərkəzlərdən söhbət gedə bilər ki, həmin mərkəzlərə aid hüceyrələr zədələnib. Məsələ bundan gedir ki, bu xəstənin hansı beyin funksiyaları bərpa olunacaq. Onu heç kim deyə bilməz. Sadəcə olaraq, sol payda sıxılma nəticəsində hansı mərkəzlər daha çox zədələnibsə, o mərkəzlərin bərpa olunma imkanları çox aşağıdır.

Adil Qeybulla: ile ilgili görsel sonucu

Adil Qeybulla: “Beyin əzilməsidirsə, o, itki ilə çıxır”

Əvvəla, komada olan xəstəni proqnozlaşdırmaq çətindir. Hər halda, həkimlər orada vəziyyəti bu cür dəyərləndiriblər. İkinci tərəfdən, burada da biz onun potensial cəhətdən ağır olduğunu bildirdik və mən dəfələrlə demişəm ki, o beyin itkilərlə çıxacaq. Çünki bu beyin travmasıdırsa, beyin əzilməsidirsə, o itki ilə çıxır. Ümumiyyətlə, beyin patologiyaları kəllə-beyin travmalarında, bu cür və xüsusilə də, baş-beyin açılması ilə gedən proseslərdə həmişə beyin funksiyalarının itkisi olur. Bunun nə dərəcədə olacağını demək çətindir. Amma üç hüceyrə məsələsinə gəldikdə, onlar düzgün başa düşməyiblər. Çox güman ki, üç funksional sahədən söhbət gedir. Hansı ki, konkret beyin funksiyalarına aiddir. Mən bunu deyə bilərəm”.

, KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu ile ilgili görsel sonucu

Hüquq müdafiəçisinin partiyadaşı, KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu son durumla əlaqədar bunları dedi: “Hələ də komadadır, ayılmır. Müalicə Almaniya səviyyəsində aparılmasa, çox çətin olacaq. Açığı, biz də tez-tez əlaqə saxlaya bilmirik. Sosial şəbəkələrdə yazılan yazılardan və bu işdə görəvli olan Şirin Cəfərinin yazdıqlarından məlumatlar əldə edirik”.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da onun üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti, ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi Ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Cavanşir ABBASLI