Oqtay Gülalıyev artıq yazı yazmağa çalışır-VİDEObackend

Oqtay Gülalıyev artıq yazı yazmağa çalışır-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşmaqda davam edir.

“O, artıq əlində qələm tutur və nə isə yazmağa çalışır”, deyə həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

İstirahət günləri müntəzəm olaraq Oqtaya baş çəkən Turan agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, o, suallara daha aydın reaksiya verməyə başlayıb, pıçıltı ilə və ya əl hərəkəti ilə cavab verməyə çalışır.

Oqtay Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyinin dəstəyi sayəsində gün ərzində onunla prosedurlar həyata keçirən Tibbi Reabilitasiya İnstitutunun tibb bacıları ilə münasibətdə daha səmimidir.

“Biz onunla söhbət edirik, zarafat edirik, o da cavab verir, gülür”, deyə tibb bacısı bildirib.

Oqtay artıq ağzından maye qəbul etməyə başlayıb və gündən-günə mayə qəbulu artır. İl yarım əvvəl ağ ciyərlərindən bəlğəmin xaric edilməsi və ümumilikdə tənəffüsün asanlaşdırılması üçün taxılmış traxeostoma il yarım əvvəl boğazından çıxarılıb. Udma refleksi bərpa olunur.

“Ümid edirik ki, boğazındakı yara tam sağaldıqdan sonra nitqi bərpa olunacaq və o, ağzından qida qəbul edəcək. İndiyədək maye şəklindəki qida birbaşa qastrostoma vasitəsilə mədəyə daxil olur”, deyə Gulalıyeva bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən şad xəbər gəlib. Oqtay Gülalıyevə əlillik verilməsindəki səhv düzəldilib. Ailəyə bildiriblər ki, əlillik verilməsi haqqında qərar ən qısa zamanda qəbul ediləcək.

Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində maşın vurub. O, təcili şəkildə Musa Nağıyev adına Bakı Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra isə Baku City Hospital klinikasına aparılıb. Amma onu oktyabrın 30-da günün ikinci yarısında, yuxarıdan göstəriş verildikdən sonra Respublika Neyrocərrahiyyə xəstəxanasının cərrahları əməliyyat ediblər. Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Gülalıyev bir il ərzində Türkiyədə müalicə olunub.

Prokurorluq 2021-ci il yanvarın 25-də Azərbaycan həkimlərinin Oqtay Gülalıyevin beynində fəsad yaranmasına gətirib çıxaran hərəkətləri ilə bağlı təkrar təhqiqata başlayıb.

Türkiyəyə göndərilib. 2021-ci il yanvarın 25-də isə Azərbaycan həkimlərinin Oqtay Gülalıyevin beynində fəsad yaranmasına gətirib çıxaran hərəkətləri ilə bağlı Prokurorluq təkrar təhqiqata başlayıb.