backend

Oqtay Əsədov deputatları Rusiyaya apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə, təşkilatın Şura, 46-cı plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedib. 

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə, təşkilatın Şura, 46-cı plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedib.

Bu barədə TİA.AZa Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan – Kamilə Əliyeva, Rüfət Quliyev, Malik Həsənov, Mirkazım Kazımov, İqbal Məmmədov, Rüstəm Xəlilov, Elmira Axundova, Azay Quliyev, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

MDB PA-nın Şura iclasında təşkilatın 25 illiyi ilə əlaqədar Bəyanat qəbul olunacağı gözlənilir.

Şura üzvlərinin təşəbbüsü ilə “Beynəlxalq Parlamentarizm Günü”nün təsis edilməsi, təşkilata üzv ölkələrdə keçirilmiş referendum və seçkilərin nəticələri, Parlament Assambleyasının ötən ilki fəaliyyətinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

MDB PA-nın 25 illiyinə həsr olunmuş təntənəli iclasda nümayəndə heyəti rəhbərlərinin, qurumla əməkdaşlıq edən beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.

Plenar iclasda 10-dan çox model qanunlar nəzərdən keçiriləcək. Qurumun daimi komissiyalarında müzakirə olunaraq təsdiq olunmuş məsələlərə münasibət bildiriləcək.

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun nümayəndə heyəti rəhbərlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsi, MDB PA-nın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.

Səfər martın 28-də başa çatacaq.