“OPTİMAL” MAĞAZALAR ŞƏBƏKƏSİ AZ QALA KƏBİN KAĞIZI İSTƏSİN… – ABSURD TƏLƏBLƏRbackend

“OPTİMAL” MAĞAZALAR ŞƏBƏKƏSİ AZ QALA KƏBİN KAĞIZI İSTƏSİN… – ABSURD TƏLƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Optimal” mağazalar şəbəkəsi müştərilərin istehlakçı hüquqlarını pozaraq öz məhsullarını kreditlə verməkdədir. Bu haqda TİA.Az maraqlı məlumatlar əldə edib. Əgər siz bu mağazalar şəbəkəsindən hər hansı elektron mal almaq istəsəniz, başınıza gəlməyən qalmayacaq. Şirkət müştərinin bütün nəsil-nəcabətini, şəcərəsini araşdırır, az qala yeddi arxa dönənində kiminsə məhkumluq həyatı olub-olmadığını dəqiqləşdirir. Belə ki, “Optimal”dan mal alarkən lüzumsuz çoxlu suallar verilir, hətta imkanları olsa, iş yeri haqda İnterpola və yaxud Mossada sorğu göndərərlər. Bundan əlavə, müştəridən 5 ən yaxın adamın nömrəsi tələb olunur. Ən absurdu odur ki, müştəriyə kredit verilərkən ailəli olub-olmaması soruşulur. Əgər evlidirsə, mütləq həyat yoldaşının nömrəsi tələb olunur. Bu, ilk qanun pozuntusudur. Müştəri evli olmadığı halda isə məsələ qəlizləşir və ona kredit verilməsi müşkül olur. Sanki İran İslam Respublikasıdır, otelə daxil olan kəbin kağızını göstərməlidir. “Optimal” da fürsət olsa kəbin kağızı tələb edər. Bu azmış kimi, müştərinin həyat yoldaşına zəng edərək dəqiqləşdirmə aparılır – sizin əriniz, yaxud arvadınız tozsoran alır, bilirsinizmi? Bu dərəcədə özbaşınalıq, həyasızlıq və qanun pozuntusu…
Axı sən kimsən ki, müştərinin həyat yoldaşını narahat edəsən? Üstəlik, həyat yoldaşından niyə onun götürdüyü məhsul haqda dəqiqləşdirmə aparılmalıdır? Bəlkə məhsul ofis üçün alınır? Deyək ki, müştəri subaydır, onda necə olacaq? Yəni suallar çoxdur, tələblər isə absurd, qanunsuz və istehlakçı hüquqlarını pozmaqdan ibarətdir. Ümumiyyətlə, digər mağazalar şəbəkələrində belə məntiqsiz tələblər yoxdur, cəmi 15 dəqiqə içində istənilən vətəndaş notbuk, telefon, paltaryuyan maşın, televizor və s. elektron avadanlıqlar nağd, yaxud kreditlə ala bilir. Ona görə əksəriyyət “Optimal”dan qaçır. Məsələ ilə bağlı şirkətin mövqeyini işıqlandırmağa hazırıq.

TİA.Az