“Optimal Electronics” vətəndaşları belə süründürür- ŞİKAYƏTbackend

“Optimal Electronics” vətəndaşları belə süründürür- ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saqlamheyat.az xəbər verir ki, paytaxtda məişət avadanlıqları satan mağazaların fəaliyyətiylə bağlı narazılıqların sayı günü-gündən artıb. Bu cür mağazaların sayı artıqdca əslində rəqabət güclənməlidir. Lakin bu mağazalar arasında heç bir rəqabət görmürük. Bu sayaq mağazalar fəaliyyətlərində kifayət qədər nöqsanlara yol verirlər ,istehlakçıların etibarından sui-istifadə edərək  onların huquqlarını pozurlar. Belə məişət avadanlıqları satışı ilə məşğul olan mağazalardan biri də “Optimal Electronics” Mağazalar Şəbəkəsidir.

Paytaxtın bir neçə yerində vətəndaşlara xidmət göstərən “Optimal Electronics” Mağazalar Şəbəkəsinin fəaliyyəti müştəriləri qane etmir. Belə ki, orada satılan məhsulların keyfiyyəti  alıcıları razı salmır. Verilən məlumatlara görə, vətəndaşların  “Optimal Electronics” dən kreditlə aldıqları məhsulların əksəriyyəti  aldıqdan az müddət sonra  sonra xarab çıxır. Bu hal bir neçə müştərinin başına gəlib.

Sosial şəbəkələrdə də bu cür şikayətlər tez-tez öz əksini tapır.Onlardan birini olduğu kimi təqdim edirik.

TİA.AZ