“Optimal Electronics” müştərilərin həyatını riskə atır (FOTOLAR)backend

“Optimal Electronics” müştərilərin həyatını riskə atır (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Optimal Electronics” mağazalar şəbəkəsi koronavirusla mübarizə çərçivəsində yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etmir.

Hit.Az-ın verdiyi xəbərə görə, şəbəkəyə daxil olan mağazaların heç birində təhlükəsizlik tədbirləri görülmür.

Satıcılar, mağaza işçiləri tibbi maskalardan istifadə etmir, sosial məsafənin qorunması tələblərinə riayət olunmur, mağazaların heç birində müştərilərin dezinfeksiya etməsi üçün imkan yaradılmayıb.

İçəri daxil olan müştərilərin temperaturu ölçülmür və əllərini tibbi spirtlə dezinfeksiya etmələri üçün heç bir şərait yaradılmayıb. Üstəlik, mağaza işçiləri də əlcəksiz, maskasız xidmət göstərirlər.

Bu da hər gün bu mağazalara daxil olan çoxsaylı müştərilərin həyatını riskə atır.

Şəbəkənin Səməd Vurğun küçəsində yerləşən “Optimal Life” mağazasında, Təbriz küçəsindəki və Yeni Yasamal filiallarında da eyni vəziyyətdir.

Son günlərdə Bakıda koronavirusa yoluxmada kəskin artımın olduğu bir dönəmdə “Optimal Electronics”in belə məsuliyyətsiz davranışı təəssüf hissi doğurur.