Operativ Qərargahın brifinqi nə vaxt olacaq? – İbrahim Məmmədovdan AÇIQLAMAbackend

Operativ Qərargahın brifinqi nə vaxt olacaq? – İbrahim Məmmədovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin artması ilə cəmiyyətdə karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı məlumatlar yayılır. 
Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb.
TİA.AZ xəbər verir ki, azxeber.com sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.
Qurumun sözcüsü deyib ki, bu haqda dəqiq məlumatı yoxdur:
“Martın 13-də Operativ Qərərgahın brifinqi olması ilə bağlı məlumatım yoxdur. Brifinq olacaqsa, əvvəlcədən mətbuata məlumat veriləcək”.
İbrahim Məmmədov karantin rejiminin sərtləşəcəyi haqda da məlumatlı olmadığını bildirib.