Operativ Qərargah məktəblərin açılması məsələsinə aydınlıq gətirdibackend

Operativ Qərargah məktəblərin açılması məsələsinə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezidentin köməkçisi Hikmət Hacıyev məktəblərin açılması ilə bağlı danışıb.
TİA.AZ xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Operativ Qərargahın iclasındakı çıxışında Təhsil Nazirliyi qarşısında artıq bu tapşırığın qoyulduğunu bildirib:
“Məktəblərin yeni tədris ilində açılması müzakirə edilir. Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub ki, təhsil və tibb mütəxəssisləri birlikdə məktəblərin yeni tədris ilində açılmasını müzakirə etsinlər. Həmin müzakirələr davam etdirilir. Onlar tərəfindən qeydlər və təkliflər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq. Burada digər ölkələrin də təcrübələrinə müraciət edilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin də qənaətləri nəzərə alınmaqla, irəli sürüləcək təkliflərə baxılacaq”.