Operativ Qərargah: Koronavirusun Azərbaycan daxilində yayılma halları aşkarlanıbbackend

“Hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi var”.

TİA.AZ xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.

“Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb”, – məlumatda vurğulanıb.