Operativ Qərargah karantin rejimi ilə bağlı açıqlama verdibackend

Operativ Qərargah karantin rejimi ilə bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə koronavirusa yoluxanların sayı günü-gündən artmaqda davam edir. Müşahidə olunan artıma əsasən, mütəxəssislər ölkədə ikinci dalğanın qaçılmaz olduğunu bildirirlər. Lakin bir tərəfdən də karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Artıq metro yenidən sərnişinləri qəbul edir və Bakıda quraşdırılan postların sayı minimuma endirilərək 18-ə çatdırılıb.

TİA.AZ  xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov açıqlamasında karantin rejiminin yumşaldılmasının həyatın normallaşmasına faydası olduğunu bildirib:

“Hal-hazırda vəziyyətə baxılır və ona uyğun qərar veriləcək. Son günlər koronavirusa yoluxma tendensiyalarında azalma müşahidə olunur. Əvvəlcə 143, sonra 97, daha sonra da 70 nəfərdə koronavirusa yoluxma oldu. Yəni, artıq 3 gündür, azalma var. Burada əsas azalma tendensiyasıdır”.

İbrahim Məmmədov eyni zamanda karantin rejiminin yenidən sərtləşdirilmə ehtimalının olub-olmaması barədə də danışıb:

“O barədə indidən söz demək tezdir. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək”.