OPEC neft hasilatını azaldıbbackend

OPEC neft hasilatını azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin, ümumilikdə, gündəlik neft hasilatının həcmi 32,3 mln. barel olub.

“Report”un OPEC-in neft bazarı üzrə yanvar hesabatına əsasən, verdiyi xəbərə görə, bu, dekabr ayından 8 min barel azdır.

Yanvar ayında OPEC-in qlobal neft hasilatında payı 33,1% olub.

Məlumata görə, ötən ay gündəlik qlobal neft tələbatı əvvəlki aya nisbətən 350 min barel artaraq 97,670 mln. barel/gün olub.

Yanvar ayında OPEC-ə üzv olmayan ölkələrin neft hasilatının həcmi isə 65,360 mln. barel/gün təşkil edib ki, bu da dekabr ayından 360 min barel çoxdur.

Ötən ay OPEC ölkələrindən İraq, Səudiyyə Ərəbistanı və Liviya hasilatı artırıb, Venesuela, Anqola, Əlcəzair və Nigeriya azaldıb.

Yanvar ayında Venesuelada gündəlik neft hasilatı dekabr ayından 47,3 min barel azalaraq 1 600 min barel olub. Anqolada hasilatın həcmi 10,9 min barel/gün, Əlcəzairdə 8,5 min barel/gün azalıb.

OPEC-in proqnozuna görə, bu il gündəlik qlobal neft tələbatı ötən ilə nisbətən 1,590 mln. barel artaraq 98,600 mln. barel/gün olacaq.