OPEC Azərbaycana dair proqnozunu azaldıbbackend

OPEC Azərbaycana dair proqnozunu azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ilin IV rübündə Azərbaycanda gündəlik neft hasilatının həcminə dair proqnozunu 20 min barel azaldaraq 790 min barelə endirib.

“Report” bu barədə OPEC-in bu ay açıqladığı hesabata istinadən xəbər verir.

Sənəddə deyilir kik, iyulda Azərbaycanda gündəlik neft hasilatının həcmi 10 min barel artırılaraq 800 min barelə çatdırılıb.

Xatırladaq ki, 10 dekabr 2016-cı ildə Vyanada (Avstriya) imzalanmış sazişə görə Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü.

Ötən il dekabrın 7-də OPEC+ formatında keçirilən nazirlərin V müşavirəsində gündəlik neft hasilatının həcminin 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel azaldılması barədə razılaq əldə edilib. Bu il iyulun 1-dən bu razılığın müddəti gələn ilin I rübünün sonuna qədər uzadılıb.