Onunla üz-üzə gələn düşmən intihar edir və… XTQ-nin əfsanəvi komandanı (VİDEO)backend

Onunla üz-üzə gələn düşmən intihar edir və… XTQ-nin əfsanəvi komandanı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev polkovnik rütbəsini ümummilli lider Heydər Əliyev şəxsən özü təqdim edib.
18 il öncə, 2002-ci ildə isə H.Əliyevin sərəncamı ilə general-mayor rütbəsini alıb. Bu il oktyabrın 17-də isə Ali Baş Komandan İlham Əliyev ona general-leytenant rütbəsi verib.
O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindəndir. Cəbrayıl rayounun, Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir.  Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz ordumuzun görən gözü, vuran qolu, düşünən beyni hesab olunur.
Həkimlər iddia edir ki, bəzən yaralı XTQ zabitlərimizin müalicəsi zamanı iynədən istifadə mümkünsüz olurdu. Çünki dəmir kimi bədən, qol əzələləri iynəni qırırdı, iynə əzələyə daxil ola bilmirdi. Nə qədər qəribə görünsə də, xeyli belə faktlar var.
H.Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) imkansız sayılan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.