“Onlayn ticarətə maraq post-pandemiya dönəmində də yüksək olaraq qalacaq”backend

“Onlayn ticarətə maraq post-pandemiya dönəmində də yüksək olaraq qalacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də onlayn ticarətə marağı kəskin şəkildə artdığı birmənalıdır.

Maraqlıdır, onlayn ticarətə olan bu maraq post-pandemiya dönəmində də öz aktuallığını qoruyacaqmı? Baş verənlərin ölkəmizdə onlayn ticarətin inkişafına təkan verməsi mümkündürmü?Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov pandemiya dönəmindən sonra da onlayn ticarətə marağın yüksək olaraq qalacağını qeyd etdi:

“Onlayn ticarət bütün dünyada sürətlə inkişaf etməkdədir. İnsanlar heç yerə getmədən istədikləri məhsulu onlayn şəkildə sifariş verir və alırlar.

Ölkəmizdə onlayn ticarət pandemiyadan əvvəl də mövcud idi. Lakin çox geniş inkişaf etməmişdir. Ancaq pandemiya dönəmində onlayn ticarət daha çox inkişaf etdi. Hesab edirəm ki, pandemiya dönəmi bitəndən sonra da onlayn ticarətə daha çox üstünlük veriləcək”.