Onlara niyə veteran adı verilmir? – Hərbi ekspert həyəcan təbili çaldıbackend

Onlara niyə veteran adı verilmir? – Hərbi ekspert həyəcan təbili çaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsindən sonra bir çox müharibə iştirakçıları nə əlillik dərəcələrini, nə də veteran adını ala bilmir. Bunun bir çox səbəblərinin olduğunu dövlət qurumları açıqlasa da əslində müharibədən keçən 18 ay ərzində bunu asanlıqla həll etmək olardı. Görünür bəzi məmurlar hansı kresloda əyləşdiklərinin hələ də fərqində deyillər. Bütün bu halları mət buat qabartsada hələ də öz həllini tapmır. Hərbi ekspert Ədalət Verdiyev  isə döyüşlərdə iştirak edən və bu günədək xidmətdə olanların müharibə veteranı adı almadığını qeyd edib. Ekspert bildirib ki, tezliklə bu problem həllini tapmalıdır.

“Müharibənin ilk günlərindən döyüş əməliyyatları zonasında funsional vəzifə borclarını yerinə yetirən və bu günə qədər ərazilərin təmizlənməsini həyata keçirən mühəndis istehkam hissə və bölmələrinin şəxsi heyətindən hələ də veteran olmayanlar var. Əksəriyyəti xidmətdədir deyə səsləri mətbuata gedib çatmır. Müvafiq komisiyanın və rəhbər şəxslərin bunu diqqətə alması vacibdir.” -deyə Ədalət Verdiyev qeyd edib.