backend

ONLARA DƏSTƏK OLMALIYIQ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədən kənarda yaşayan və dövlətimiz üçün əlindən  gələni edən bütün insanlara dəstək olmalıyıq. Ölkədən kənarda yaşayan və dövlətimiz üçün əlindən  gələni edən bütün insanlara dəstək olmalıyıq.

Bu günlərdə yəqin ki, xəbər saytlarında hollandiyada yaşayan bir həmyerlimizi ermənilərin məhkəməyə verməsini oxumusunuz. Hollandiya məhkəməsi ona cinayət işi açmaq istəyir. Bu adam 30 ilini Hollandiyada Azərbaycan uğrunda mücadiləyə həsr edib.  
Cənab prezident İlhan Aşkını uğurlu fəaliyyətinə görə “Tərəqqi” medalı ilə bu il təltif etmişdi. Amma təəssüf ki,  sosial şəbəkələrdə aktiv olan gənclər bu insanları tanımırlar. Onlara dəstək olmurlar. Rusiya Federasiyasında Krasnoyarskı  bölgəsində bir həmyerlimiz var. Əslən Bərdə şəhərindən olan Səadet Qarayeva.  

Bu xanım gənc olmasına baxmayaraq nəyin ki, yaşadığı vilayətin , hətda Rusiya Fedarasiyasının ictimai, siyasi, mədəni həyatında böyük rol oynayır. Təmsil etdiyi partiyadan millət vəkilliyinə namizəd olmuşdur. Bir çox mədəniyyət tədbirləri keçirərək, Azərbaycanın mədəniyyət nümunələrini ruslara sevdirib. Azərbaycanlılara qarşı olan ayrı-seckiliklərə qarşı  mübarizə aparan və ermənilərin bütün maneələrinə baxmayaraq, bu xanım Azərbaycan uğrunda mücadilədən bir addımda geri çəkilmir.
Onlarla, yüzlərlə belə azərbaycanlılar var ki, Azərbaycan naminə həyatlarını ortaya qoyaraq vətəndən kənarda üç rəngli bayrağımızı dalğalandırırlar. Bizim xəbər saytları və ictimai-siyasi həyatda aktiv olan gənclər belə mübariz insanlara dəstək verməlidir. Onları cəmiyyətə tanıtdırmalıdır. Onlara verəcəyimiz quru dəstək belə onların daha həvəslə işləməsinə stimul verər.

Vüsal Məmmədov