Onlar da güzəştli ipoteka kreditindən istifadə edə biləcəkbackend

Onlar da güzəştli ipoteka kreditindən istifadə edə biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilib.
TİA.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda əksini tapıb.
Beləliklə, Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.