Onlar bu hərəkətlərinə görə Ginnesin Rekordlar Kitabına düşdülər – TAM SİYAHIbackend

Onlar bu hərəkətlərinə görə Ginnesin Rekordlar Kitabına düşdülər – TAM SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ginnesin Rekordlar Kitabının yeni nömrəsi nəşr olunub.
Siyahıya öz saçları ilə 30 saniyədə 60 dəfə ip atlaya bilən qadın, dünyanın ən qısa boylu qadını və skuterdə birlikdə səyahət edə biləcək pişik və it də daxil olub.


TİA.AZ AZXEBER.COM-a istinadən rekordlar kitabına düşənlərin siyahısı təqdim edir: 

Ayaqsız dünyaya gələn Zion Clark əlləri ilə gəzmə rekorduna sahibdir. O, açıqlamasında “Ginnesin Rekordlar Kitabına daxil olmaq məni xoşbəxt hiss edir” deyib.

15 yaşlı Olivier Rioux isə 2,27 boyla dünyanın ən uzun boylu yeniyetməsi olub.
 
Elizabeth və Katharine Lindeinger 1,28 boyları ilə dünyanın ən qısa boyulu əkizləri olaraq Ginnesin Rekordlar Kitabına düşüblər.

Hindistanlı Praktiki Mohite 102 santimetr boyu ilə dünyanın ən qısa kişi bədən tərbiyəçisi olub və rekordlar kitabına düşüb.
Bununla birlikdə, rekordlar kitabına fiziki xüsusiyyətlərlə yanaşı qeyri-adi performanslar da daxildir. Məsələn, British Bethany Lodge 100 metrlik bir atlayışı cəmi 42.64 saniyəyə qət edə bilir.

Fildişi Sahilindən olan Laetitia Ky öz saçları ilə ip atlamaq üzrə rekordçudur. 25 yaşlı gənc qadın ipdən 30 saniyədə 60 dəfə tullana bilir.

Ginnesin Rekordlar Kitabında deyilir – “Bu yeni rekord üçün Laetitia təbii saçlarını hördü və sonra tullanmaq üçün istifadə edəcəyi ipi yaratmaq üçün uzantıları əlavə etdi. Başqalarına ilham vermək üçün bu rekordu qırmağa çalışdı.

Digər tərəfdən ABŞ-dan olan Paige Olsenə məxsus Lou adlı bir ev heyvanı “ən uzun qulaqları olan it” olub. Qulaqlarının ölçüsünün 34 sm olduğu açıqlanıb.

Kanadalı it və pişik ikilisi Lollipop və Sashimi, skuterdə 4,37 saniyəyə 5 metr irəliləyərək yeni bir rekord vuraraq Ginnesin Rekordlar Kitabına düşüblər.

Ayşən Mirzəyeva