Onkoloq hər gün istifadə etdiyimiz bu məhsulun xərçəng yaratdığını dedibackend

Onkoloq hər gün istifadə etdiyimiz bu məhsulun xərçəng yaratdığını dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Onkoloq cərrah İvan Karasev xərçəngə səbəb olduğu üçün rafinə olunmuş günəbaxan yağından imtina etmək lazım olduğunu açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, doktor yağın heksan və benzinə məruz qaldığını deyib və tərkibindən bunları tamamilə çıxarmağın mümkün olmadığını vurğulayıb.
Bundan əlavə, qızartma zamanı yağdan kanserogenlər ayrılır, qidalar onları özünə çəkir və bu da insan bədəninə daxil olur. Karasevə görə, ən yaxşısı zeytun yağından istifadə etməkdir.