Tribuna İnformasiya Agentliyi

Ona lağa qoyanda demişdilər ki, yaşlı deputatdı, nə danışdığını bilmir,amma…

29 Noyabr

Təxminən bir ay bundan qabaq  dünən buraxılan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid  Əhmədov  açıqlamlarının birində    Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilib  səlahiyyətlərinin oxşar funksiyaları icra edən Azərbaycan Respublikasının Mərkəzi Bankına ötürülməsi təklifini  vermişdi.

Tia.az xəbər verir ki,deputat Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Bazarlarına Nəzarət Palatasının birləşdirilə bilməsini qeyd etmişdir.

Vahid  Əhmədov sualları cavalandırarkən  həmçinin bildirmişdi ki,ölkə başçısının start verdiyi islahatlar çərçivəsində bu cür optimallaşdırılma aparılması mümkündür  və “Maliyyə Bazarlarına Nəzarət Palatasının lüzumsuz orqan olması  haqda  kimi fikir səsələndirmişdi:

“Təbii ki, bu, ölkə başçısının səlahiyyətində olan məsələdir. Ümumilikdə bu optimallaşdırmaya getməzdən əvvəl araşdırmalar aparılmalı, onun effektlilik dərəcəsi nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, həm iqtisadi cəhətdən effektli olsun, həm də optimallaşdırmadan sonra ciddi problemlər yaranmasın.

Faktiki olaraq neft ixrac edən bütün dövətlərdə Neft Fondu fəaliyyət göstərir. Onların hər biri qəbul edilmiş nizamnaməyə uyğun olaraq çalışırlar. Dövlət Neft Fondu Mərkəzi Bankla əlaqəlidir, hərraclarda iştirak edir. Onların birləşdirilməsində heç bir maneə yoxdur”.

O ki qaldı Maliyyə Bazarlarına Nəzarət Palatasına, parlamentari qeyd edib ki, bu, lüzumsuz orqandır:

Onun ayrıca fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Onsuz da Mərkəzi Bank o fəaliyyəti yerinə yetirir. Ümumilikdə bu 3 qurumun birləşdirilməsi mümkündür. Hətta bu optimallaşdırma siyasətinin bank sisteminin sağlamlaşdırılmasında böyük əhəmiyyəti ola bilər. Faktiki olaraq pul-kredit siyasətini həyata keçirən Mərkəzi Bankdır. Bütün xəzinə də buradadır. Belə optimallaşdırma siyasətinin aparılmasını düzgün hesab edirəm. Bu, daha çox Azərbaycan iqtisadiyyatının inkişafına səmərə verə, hətta bank sisteminin dirçəlməsində müəyyən rol oynaya bilər”.

Qeyd edək ki, bir sıra iqtisadçılar, Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektoru ilə bərabər sığorta, kapital bazarlarını, lotoreya fəaliyyətini tənzimlədiyindən və nəzarət etdiyindən, bu qurumun ləğv edilməsini inandırıcı hesab etmirdilər.

Dünyanın bir sıra ölkələrində, bank sektorunu tənzimləyən və nəzarət edən qurum Mərkəzi Banka tabe deyil.

Hörmətli Millət vəkilinin bu açıqlaması  Maliyyə Bazarlarına Nəzarət Palatası  tərəfindən istehza ilə qarşılanmış və “ağsaqqaldır” deyib lağ etmişdilər

Belə ki, deputatın fikirlərinə  münasibət bildirən Maliyyə Bazarlarına Nəzarət Palatası  bildirmişdi ki:

“Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır. Qurumun ləğvini və yenidən təşkilini də məhz Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Vahid Əhmədovun fikirlərinə gəlincə, o ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır”.

Amma bildiyiniz kimi dünən Vahid  Əhmədov  dediyi kimi eyni ssenari birə- bir qanuniləşdi, palata ləğv edilib Mərkəzi Banka birləşdirildi.

Bu onu deməyə əsas verir ki, Vahid  Əhmədov  həqiətən yaxşı İqtisadçıdır  və  Maliyyə Bazarlarına Nəzarət Palatasının  onun  fikirlərini tələsik  istehza ilə qarşılamaq və “ağsaqqaldır” deyib lağ etməkdə heç də haqlı olmayıb .

TİA.AZ