Ömrü 10 il uzatmağın yolubackend

Ömrü 10 il uzatmağın yolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi amerikalı alimlərin araşdırması göstərir ki, müəyyən şərtlər insan ömrünü daha 10 il uzada bilir.

Bu barədə TİA.AZ “Express” nəşrinə istinadən xəbər verir.

Bunlardan birincisi meyvə və tərəvəzlə zəngin olan Aralıq dənizi pəhrizidir. Bu pəhriz xərçəng, ürək-damar xəstəlikləri, metabolik sindrom, depressiya və beyin pozulması riskini azaldır.

İkincisi, həyatda stressin səviyyəsi azaltmaqdır. Araşdırmalar xoşbəxt insanların erkən ölmə ehtimalının 3,7 faiz daha az olduğunu göstərib. Onlar özünü xoşbəxt hiss etməyən insanlardan 18 faiz daha çox yaşayır.

Həm də pis vərdişlərdən – alkoqollu içki və siqaretdən imtina etməlisiniz. Təkcə siqaret insan ömrünü on il qısaldır.

Sonuncu isə qida seçimidir. Hormonlu qidaların qəbulu qəti qadağandır. Hormonlu qida piylənməyə, yuxusuzluq, yorğunluq, baş ağrısı, eqzema, yaddaşın itməsi və diqqət əskikliyi, depressiya, yüksək təzyiq, ürək-damar xəstəlikləri, öd daşları və xərçəng xəstəliklərinə səbəb ola bilər.