Tribuna İnformasiya Agentliyi

Omanda tarixdə ən yüksək gecə temperaturu qeydə alınıb – +50

30 İyun

İyunun 27-ə keçən gecə dünyada ən yüksək temperatur qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə “LiveScience” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, iyunun 26-da, Kiriyatedə (Oman) havanın temperaturu 50 dərəcəyədək yüksəlib. Bu isti Oman üçün qeyri-adi sayılıb. Gecə havanın temperaturu ancaq müsbət 42 dərəcəyə enib.

Xəbərdə həmçinin bildirilir ki, dünyada əvvəlki belə rekord göstərici də Omanda, 27 iyun, 2011-ci ildə qeydə alınıb. Həmin vaxt Hasab hava limanında, gecə saatlarında havanın temperaturu 41,9 dərəcə təşkil edib.

Mütəxəssislərin fikrincə, havanın yeni rekord göstəricisi Ərəbistan yarımadasındakı yüksək təzyiqli hava kütləsi ilə əlaqədardır. Həmin hava kütləsi Hind okeanındakı rütubətli küləyi regiona buraxmır və havanın soyumasının qarşısını alır.

Qeyd edək ki, ən qızmar gün də Ərəbistan yarımadasında, 2016-cı ilin iyulunda Küveytdə qeydə alınıb. Həmin vaxt burada havanın temperaturu 54 dərəcə təşkil edib.