Ölümü ilə yasa boğan Cüneyt Arkının vəsiyyəti üzə çıxdıbackend

Ölümü ilə yasa boğan Cüneyt Arkının vəsiyyəti üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cüneyt Arkının vəsiyyəti məlum olub.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, dünən gecə yatdığı xəstəxanada həyatını itirən Cüneyt Arkının vəsiyyəti bəlli olub.
Atlara marağı ilə tanınan Arkın qatıldığı proqramda “atımın yanında dəfn olunmaq istədim. Amma sonra səhv başa düşüləcəyindən qorxdum. Məni valideynlərimin yanında dəfn edin” deyib.
Qeyd edək ki, unudulmaz filmləri ilə türk kinosunda iz qoyan 85 yaşlı məşhur aktyor Cüneyt Arkın dünən axşam saatlarında xəstəxanaya aparılıb. Ürəyi dayanan aktyoru xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.