Ölümlə nəticələnən qəzaya səbəb olmuş məşhur aktyor intihar etmək istəyib – FOTObackend

Ölümlə nəticələnən qəzaya səbəb olmuş məşhur aktyor intihar etmək istəyib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır avtomobil qəzası törədərək, digər maşının sürücüsünün ölümünə səbəb olmuş məşhur rusiyalı aktyor Mixail Yefremov özünü öldürmək istəyib.

“Mash” “Telegram” kanalının məlumatına görə, həkimlər belə düşünür.

İyunun 10-da aktyorun yanına psixoloji yardım həkimləri gedib. Buna səbəb M.Yefremovun yaxınlarının artistin boynunda tünd qırmızı rəngdə zolaq (asılmaya xarakterik əlamət) aşkar etmələri olub. Onların sözlərinə görə, aktyor huşsuz vəziyyətdə olub. Çağırışa gələn təcili yardım işçiləri onda özünə qəsdin əlamətlərini tapıblar. Bundan sonra hadisə yerinə psixiatrlar çağırılıb. (İstintaqın versiyasına görə, M.Yefremov qəza anında təhlükəsizlik kəmərinin zərbəsindən oxşar travma ala bilərdi).

Bir müddət sonra özünə gələn M.Yefremov heç bir şeyi, o cümlədən boynundakı izin necə yarandığını xatırlamadığını deyib. O, otaqda tək olub. Artistin vəziyyətini aydınlaşdırmaq üçün onun yaşadığı və hazırda ev dustaqlığında olduğu ünvana üç dəfə təcili yardım göndərilib.

Qəzadan sonra həkimlər aktyoru müayinədən keçirməyiblər. Buna görə də, hadisə yerində ala biləcəyi travma barədə məlumatlar yoxdur. Bununla belə, M.Yefremov istintaq müddətində psixiatrların nəzarətində qalacaq.