Ölümə aparan taksilər: Günahkar kimdir?- VİDEObackend

Ölümə aparan taksilər: Günahkar kimdir?- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin iştirakı ilə baş verən avtoqəzaların sayı sürətlə artmaqdadır.

Bir çox hallarda yüngül və ya ağır xəsarətlərlə nəticələnən bu cür  qəzalar  zamanı bəzən ölüm halları da qaçılmaz olur. Ekspertlərin sözlərinə görə, taksi qəzalarının miqyasının genişlənməsi digər hərəkət iştirakçılarının, xüsusən sərnişinlərin həyatını risk altında saxlayır.

Elə digər  sürücülər də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin daha çox qəza şəraiti yaratdıqlarını deyirlər.  1 manatlıq taksi fəaliyyəti ilə məşğul olanlar və priuslar isə sürücülərin sözün əsl mənasında qorxulu yuxusuna çeviriliblər.

Avtomobil ustası İlham Ağayev  deyir ki, əvvəllər qəza vuruqları ilə müraciət edənlər arasında taksilər azlıq təşkil edirdi. Səbəb isə sürücülərin yeganə qazanc mənbəyi olan avtomobilinə həssas yanaşması idi. Son zamanlarda isə vəziyyət tam dəyişib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, xüsusən maddi zərərlə nəticələnən yol qəzalarının təhlili zamanı əksəriyyətin taksi sürücüləri tərəfindən törədilməsi məlum olur. Ekspert buna səbəb kimi taksi fəaliyyətində xaotik vəziyyətin hökm sürməsini göstərir.

Ekspert taksi şirkətlərinin də yaranan vəziyyətdən sui-istifadə etdiklərini  deyir. O qeyd edir ki, qəzalara əsas səbəb sürücünün həddən artıq sükan arxasında olması, yuxusuzluğu və yorğunluqdur. Çünki, hazırda taksi xidmətləri ucuz olduğundan sürücü də avtomobilin icarə haqqını ödəmək, üstəlik də qazanc əldə etmək üçün bəzən hətta 18-20 saata yaxın avtomobil idarə edir.

Elməddin Muradlı onu da əlavə edib ki, Bakı Şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalanıb. Aidiyyəti qurumlar bununla bağlı konsepsiya hazırlamalıdırlar.  Əgər paytaxtda prosses uğurlu həyata keçsə, gələcəkdə bölgələrdə də bu cür işlər görmək mümkün olacaq.