Ölüm xəbəri yayılan sabiq MTN naziri sağ imiş – RƏSMİbackend

Ölüm xəbəri yayılan sabiq MTN naziri sağ imiş – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə həbsdə öldüyü haqda xəbər yayılan Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun sağ olduğu haqda rəsmi açıqlama verilib.

TİA.AZ xəbər verir ki, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti həbsdə ölən polkovnik Zakir İsmayılovla bağlı açıqlama yayarkən onun hazırda həbsdə olan Vəli Ələsgərovun təqdimatı ilə Bakıya xidmətə göndərildiyini qeyd edib. Bununla da Naxçıvan DTX sabiq nazir Vəli Ələsgərovun ölmədiyini, hazırda həbsdə olduğunu açıqlayıb.