Ölü planet tapılıbbackend

Ölü planet tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə, Fransa və Almaniyadan olan bir qrup astronom “Almahata Sitta” meteoritinin tərkibində olan almazları tədqiq etdikdən sonra qənaətə gəlib ki, həmin meteorit əvvəllər mövcud olmuş planetin tərkib hissəsi olub.

Trend-in məlumatına görə, bu meteoritin Günəş sistemində Mars və Merkuri boyda olan planetin bir hissəsi olduğu ehtimal edilir.

Qeyd edək ki, içərisində iri almaz kristalları olan “Almahata Sitta” meteoriti 2008-ci ildə Sudan ərazisinə, Nubiya səhrasına düşmüşdü. Meteoritin tərkibində həmçinin qrafit, piroksen və olivin maddələri də aşkar edillmişdi.