Ölkəyə gələn Rusiya və Türkiyə vətəndaşları da PCR testi verməyəcəkbackend

Ölkəyə gələn Rusiya və Türkiyə vətəndaşları da PCR testi verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə vətəndaşlarının da Azərbaycana daxil olması ilə bağlı COVID-19-a dair PCR testi tələbi ləğv olunub.

TİA.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Dəyişikliklə Rusiya və Türkiyə vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə – COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında (yaşı 18-dək olan şəxslər istisna olmaqla) hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə veriləcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycana hava yolu ilə gələrkən bu ölkələrin vətəndaşları, o cümlədən həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarından COVID-19 pasportu ilə yanaşı uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd də tələb olunurdu.