Ölkəsinə qayıtmaqdan imtina edən qapıçı qaçqın statusu aldı – VİDEObackend

Ölkəsinə qayıtmaqdan imtina edən qapıçı qaçqın statusu aldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çıxış etdiyi milli komandası ilə vətəninə qayıtmaqdan imtina edən Myanmanın qapıçısı Pyae Lyan Auna Yaponiya hökuməti tərəfindən qaçqın statusu verilib.
Bu barədə TBS telekanalı məlumat yayıb.Qaçqın statusunu təsdiq edən sənədi alan zaman 27 yaşlı qapıçı kameralara üç barmağını nümayiş etdirib.
Qeyd edək ki, üç barmaqla nümayiş etdirilən jest Myanmadakı etirazlara dəstəyi simvolizə edir.
Xatırladaq ki, bu ilin iyun ayında Pyae Lyan Aun milli komandasının heyətində Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Yaponiyaya qarşı keçirdiyi oyundan sonra gündoğan ölkədən qayıtmaqdan imtina edib.
Qarşılaşma zamanı da idmançı üç barmağını nümayiş etdirərək dərhal yerli və beynəlxalq medianın diqqətini çəkmişdi.
Məlumat üçün qeyd edək ki, 2020-ci il fevralın birində Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.