Ölkəsi aclıq içində olan Kim Çen In: “Aclara qu quşu əti ilə ziyafət verilsin”backend

Ölkəsi aclıq içində olan Kim Çen In: “Aclara qu quşu əti ilə ziyafət verilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın lideri Kim Çen In aclıqdan əziyyət çəkən ölkəsinin vətəndaşlarına qara qu quşu əti ilə ziyafət verilməsinə dair fərman imzalayıb.

Musavat.com İngiltərədə çıxan “San” qəzetinə istinadla xəbər verir ki, bu hərəkəti təşviq etmək üçün diktatorun partiyası sözügedən quş ətinin xərçənglə mübarizə apardığını iddia edib və təbliğat aparmağa başlayıb.

Qeyd edək ki, ölkə iyun ayında ərzaq böhranı elan edib və keçən ay Kim Çen In məmrlara problemin həll yollarını tapmağa çağırıb.

Partiya tərəfindən idarə olunan xəbər agentliyi bu məsələ ilə bağlı bu fikirləri səsləndirib: “Qara qu quşu əti dadlıdır və müalicəvi əhəmiyyətə malikdir”.

“Onların sənaye miqyasında yetişdirilməsi insanların həyatının yaxşılaşdırılmasına fəal töhfə verəcək” – deyə xəbər agentliyi əlavə edib.

Hətta həmin məlumatda bu yaxınlarda ölkənin şərq sahilindəki ördək fermasında yeni qara qu quşu seksiyası açılması da qeyd olunub.