ÖLKƏNİ BÜRÜYƏN YANĞINLAR: QƏSD, YOXSA? – AÇIQLAMAbackend

ÖLKƏNİ BÜRÜYƏN YANĞINLAR: QƏSD, YOXSA? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Qəsdlə yandırma bu və ya digər meşə ərazisində öz şəxsi maraqlarına uyğun tikinti aparmaq istəyənlərin işi ola bilər”.

Bu sözləri TİA.Az -a açıqlamasında “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib. Onun sözlərinə görə meşələr özbaşına yanmır:
“Azərbaycan ərazisindəki meşə yanğınlarının hamısı antropogen- insan amili ilə bağlıdır. Ölkəmizdə baş verən yanğınlar yay fəslində, quraqlıqların şiddətlə davam etdiyi vaxta düşüb. Bu müddət ərzində yağışların olmaması və gözlənilməməsi işi daha da ağırlaşdırır.


Meşə yanğınları təbii faktorun olmadığını nəzərə alsaq, ehtiyatsızlıq, məsuliyətsizlik, qəsdli və təxribat xarakterlidir.
Ehtiyatsızlıq meşə və meşəətrafı ərazilərdə piknikə gedənlər, dincələnlər vasitəsilə olur.
Yandırılmış ocaq və manqalları söndürmədən getməklə ani bir külək nəticəsində yanğınlara səbəb olurlar”.
Qorxmaz İbrahimli qeyd edib ki, söndürülməmiş siqaret kötüklərini atmaq da yanğın səbəbidir. Onun sözlərinə görə, siqaretlə yanğının səbəbkarı çox zaman gənclər olurlar:
Guya valideynlərindən həya edib meşənin dərinliklərinə çəkilərək siqaret çəkirlər. Çox zaman siqareti söndürmədən kolluğa atıb, valideynlərinin yanına dönərkən necə bir faciəyə səbəb olduqlarının fərqində olmurlar. Bunu isə sözdə böyüklərinə hörmət etməklə məsuliyətsizlik adlandıra bilərik. Digər faktor biçilmiş taxıl sahələrini yandırmaqla meşə yanğınlarına səbəb verirlər.
Qəsdlə yandırma dedikdə, zənnimcə bu və ya digər meşə ərazisində öz şəxsi maraqlarına uyğun tikinti aparmaq istəyənlərin işi ola bilər.
Digər tərəfdən isə xarici ölkələrin təxribatçı planlarına uyğun hər hansı bir agentin, ya da kəşfiyatçının törətdiyi yanğın da ola bilər. Bu günə qədər bizim təhlükəsizlik xidmətlərimiz bu barədə məlumat və fakt vermədiklərindən, hələlik bundan danışmağa gərək yoxdur.
Təxribat xarakterli isə işğalçı Ermənistanın hələ də ərazilərimizdə yaşayan vətəndaşları tərəfindən ola bilər. Bu isə bildiyiniz kimi işğaldan azad etdiyimiz ərazi və yaxınlıqlarında baş verir. Laçından çıxarılmağa başlayan ermənilər müvəqqəti yaşadıqları evləri və meşəlik əraziləri yandırırlar. Ümid edirəm, əsgərlərimizin başarısı sayəsində bunun qarşısı alınacaqdır.
Sonda bir daha vurğulamaq istərdim ki, ölkəmizdəki meşə yanğınlarının səbəbi məsuliyətsizlik, ehtiyatsızlıq və qəsdli xarakterlidir.
Ehtiyatsızlıq və məsuliyətsizliyin qarşısını almaq üçün maarifləndirmə işi aparılmalıdır.
Piknikə gedən hər bir yurddaşımız öz minik avtomobilində heç olmazsa, bir plastik bidon su saxlamalıdır.
Meşə və meşəətrafı sakinlərini isə yanğınlardan qorunma və qarşısını almaları üçün xüsusi təlimlərə cəlb etmək lazımdır”.

Aytac

TİA.Az