“Ölkəmizin varlığına təhlükə yaranarsa, nüvə silahından istifadə edəcəyik” – Rusiyabackend

“Ölkəmizin varlığına təhlükə yaranarsa, nüvə silahından istifadə edəcəyik” – Rusiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kremlin sözçüsü Dmitri Peskov açıq şəkildə nüvə silahından istifadə edəcəklərini açıqlayıb.
TİA.AZ xəbər verir ki, İstanbul danışıqlardan əvvəl ABŞ mətbuatına açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı açıqlamalar verib.
Peskov “Bizim çox dəqiq bir təhlükəsizlik konsepsiyamız var. Ölkəmizin varlığına təhlükə yaranarsa, nüvə silahından istifadə edəcəyik”, – deyə açıqlamasında bildirib.
O, Ukraynadakı hərbi əməliyyatlarda Rusiyanın öz məqsədinə çatdığını deyib: “Bizim Ukraynadakı xüsusi hərbi əməliyyatımızın məqsədlərinə çatacağına şübhəmiz yoxdur. Təbii ki, bu əməliyyatın hər hansı nəticəsi nüvə silahından istifadə etmək üçün əsas təşkil etmir”.