backend

Ölkədə qrip təhlükəsi yoxdur – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cari mövsümdə 115 nəfərdən ağır gedişli virus infeksiyalarına görə nümunə götürülüb”  

“Cari mövsümdə 115 nəfərdən ağır gedişli virus infeksiyalarına görə nümunə götürülüb”

TİA.AZ xəbər verir ki, bu barədə AzVision.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Onun sözlərinə görə, xəstələrdən götürlən labarator müayinələrdə qrip virusları aşkar edilməyib. “Bu günə qədər qeydiyyatda olan xəstələrdə kəskin resperatur virus infeksiyaları aşkar edilməyib, ölkədə qrip təhlükəsi yoxdur. Hadisə olmadığına görə şübhəli xəstələr müayinə olunanda qrip virusları aşkar edilmir”.

A.Əliyeva qeyd edib ki, qrip və kəskin resperator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə səhiyyə naziri əmr imzalayıb.

“Əmr 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin resperator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi barədə göstərişlər verilib”.

Afaq Əliyeva bildirib ki, hal-hazırda respublikada bu sahədə işlər gücləndirilib. “Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən bu sahədə işlər hal-hazırda davam etdirilir. Dezinfeksiya tədbirlərinin birinci mərhələsi artıq baş çatıb. İkinci mərhələ iki həftə və bir ay sonra təkrarən başlayacaq”.

A.Əliyevanın sözlərinə görə, ölkədə insanların kəskin resperatur infeksiyalarına yoluxma hallarında artım müşahidə edilməyib. “Ölkədə resperatur infeksiyalarına yoluxma hallarında artım yoxdur, vəziyyət sabitdir”.