“ÖLKƏDƏ FANTASTİK BAHALAŞMA GEDİR, ” DUR! ” DEYƏN YOXDUR” – PARTİYA LİDERİbackend

“ÖLKƏDƏ FANTASTİK BAHALAŞMA GEDİR, ” DUR! ” DEYƏN YOXDUR” – PARTİYA LİDERİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə günbəgün ərzaq məhsullarının qiyməti artır. Bu gizli və aşkar gedən bahalaşma ilə bağlı heç bir kompleks addımlar atılmır. Əksinə, hər gün marketlərdə fərqli qiymətlə qarşılaşırıq. Hazırda bahalaşma o həddədir ki, insanlar gündəlik ehtiyaclarını qarşılaya bilmirlər. Ekspertlər qiymət artımını iki cür izah edirlər: pandemiyadan sonrakı bahalaşma və Ukraynada gedən müharibənin təsirləri. Bura həm də monopoliya daxildir və hökumət heç bir real addım atmır.

Bununla bağlı hökumətin görməli işləri haqda danışan Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev TİA.Az-a qeyd edib ki, məmurlar və inhisarçılar bu bahalaşmada əsas günah payı daşıyırlar. Partiya sədri hesab edir ki, hakimiyyət konkret addımlar atmalıdır. Onun fikrincə, qiymət artımına qarşı aparılan mübarizə görünmür və əhalinin sosial vəziyyəti getdikcə çətinləşir. ALDP liderinin sözlərinə görə, dövlət qurumları hərəkətə keçməli, bazarda qiymətlər tənzimlənməli, inflyasiyanın qarşısı alınmalı, daxili istehsalat güclənməli, maaş və pensiya artımı ilə yanaşı bazarda bahalaşmaya nəzarət edilməli, ən əsası monopoliya ilə ciddi mübarizə aparılmalıdır: “Əks halda maaş artdıqca qiymətlər də qalxır. Hökumət bunu qabaqlamaq üçün nə iş görür? Faktiki nə proqram var, nə qiymətlərin qalxmasını dayandıracaq addımlar atılır. Dövlət əhalinin vəziyyətini nəzərə almalıdır və sosial gərginlik heç bir halda hökumətə fayda verə bilməz”.

F.Əliyevin sözlərinə görə qiyməti qalxmayan elə bir məhsul qalmayıb: “Bütün sahələr üzrə fantastik bahalaşma gedir və buna” dur” deyən yoxdur. Hökumətin iqtisadi blokunda olan komanda prezidentə önəmli təkliflər verməlidir, yollar göstərməlidir, bütün yük birinci şəxsin üzərinə qoyula bilməz. Təəssüf ki, biz məmurlardan bu təşəbbüskarlığı görmürük”.

TİA.Az