ÖLKƏDƏ DİN ADI İLƏ MƏKRLİ QARIŞIQLIQ PLANI: 5-Cİ KOLON, YOXSA… – AÇIQLAMAbackend

ÖLKƏDƏ DİN ADI İLƏ MƏKRLİ QARIŞIQLIQ PLANI: 5-Cİ KOLON, YOXSA… – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə dini və etnik kimlik kimi həssas mövzuları alətə çevirmək, “qaşımaq” kimi tendensiyaları görünür. TİA.az bildirir ki, REAL Partiyasının rəsmisi Natiq Cəfərli bu yöndə fikirlərini açıqlayıb: “Hətta bəzi inanclı dostlar sosial şəbəkələrdə şərh və mesaj yazaraq məndən, “niyə bu mövzulara fikir bildirmirsiniz, niyə partiyanız rəsmi mövqe bildirmir”, kimi sual verənlər də var: Siyasi partiyaların işi məmləkətdə elə bir düzən yaratmağa çalışmaqdır ki, hər kəs öz dinini, inancını özgürcə yaşaya bilsin, hər bir etnik qrup öz kimliyini ifadə etmək üçün imkanlara malik ola bilsin – siyasi partiyalar dini və etnik məsələni uzuc PR-a və reklama çevirməməlidirlər, belə həssas mövzularda diqqətli və dəyərlərinə uyğun davranmalıdırlar. İstənilən ölkədə dini və etnik kimlik kimi həssas mövzular həmişə xarici xüsusi xidmət orqanlarının ən asan şəbəkə qura bildiyi və təsir edə bildiyi sahələrdir – Azərbaycan da istisna deyil, həm Şimal, həm Cənub qonşularımız, həm də Ermənistan illərlə bu mövzuları istismar etməyə çalışıblar, bu gün də çalışırlar, ona görə də çox diqqətli olmalıyıq.

Şimal qonşumuz Ermənistanda açıq şəkildə özünə bağlı siyasi partiyalarla sülh prosesinə küçədən mane olmağa çalışır, amma bizdə birbaşa və açıq şəkildə Şimala bağlı siyasi, ictimai qüvvələr olmadığına görə həmişə həssas mövzular üzərindən oyun qurmağa çalışıb, çalışacaq da – əsas məqsəd Kremlin bölgəmizdə təsirinin azalması tendensiyasının qarşısını almaqdır, Moskva çox gözəl bilir ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması, problemlərin imzalarla həlli Rusiyanın bölgəmizə təsirlərini xeyli azaldacaq, ona görə də bu prosesə hər iki ölkənin daxilindən mane olmağa çalışacaq – İrəvanda bunu açıq şəkildə edir, Bakıda isə bunu açıq edə bilmədiyinə görə həssas mövzuları “qaşımaqla” etməyə çalışacaq. Azərbaycan hakimiyyətinin boynunun borcudur ki, həssas mövzularda insanlarımızı, vətəndaşlarımızı təhrik edəcək addımlar atmasın, hakimiyyət daxilində belə addımlar atanlar varsa, həmin vəzifəli şəxslər tam nəzarətə götürülməli, xüsusi xidmət və hüquq mühafizə orqanları dərhal həmin şəxslərin gizli bağlantılarını araşdırmalıdır – elələrinin Moskvaya bağlı olması çox böyük ehtimaldır. Zatən bizdə Ermənistandan fərqli olaraq Kremlə açıq şəkildə bağlı olan müxalif, sivil toplum qüvvələri olmayıb, bizdə tarixən Rusiyaya bağlı “5-ci kolon” həmişə hakimiyyətin içində olub və hakimiyyətin içindəkilərin bəzi müxalif qüvvələrlə açıq-gizli alverləri vasitəsi ilə bağlar qurulub – insaf naminə deyim ki, son 4-5 ildə onların xeyli hissəsi təmizlənib, amma bu proses tam başa çatmayıb.

Həssas mövzularda vətəndaşlarımız da bilgili olmalıdırlar, son günlər insanları “Allahı təhqir ediblər”, kimi tezislərlə qaza gətirmək istəyirlər. Öz müqəddəs Dinini, müqəddəs Kitabını yaxşı bilən, Allahın bizə bəxş etdiyi Dinimizin fəlsəfəsini anlayan inanclı bacı-qardaşlarımız belə təxribatlara fikir verməməlidirlər. Allah hər şeyi görəndir, Allah həm mükafatlandıran, həm də cəzalandırandır – Allahın bəndənin müdafiəsinə ehtiyacı yoxdur, əksinə, Yaradan bizi, öz yaratdıqlarını əməllərinə görə müdafiə edir, bağışlayır, ya da cəzalandırır. Yəni, Allahın müdafiəyə ehtiyacı yoxdur, cəzanı da, mükafatı da özü verir. Bunu müqəddəs Dinimizi doğrudan da bilən, fəlsəfəsini anlayan bütün inanclı insanlar dəqiq bilirlər, ona görə də bu mövzularda bəzi çevrələr məhz savadı az olan insanlara hesablanmış təxribatlara əl atırlar. Bir daha, ayıq-sayıq olmalı, məmkətin əsl problemlərinə köklənməli, bölgəmizdə sülhü, ölkəmizdə isə hüquqi dövlət institutlarını bərqərar etməliyik”.

TİA.az