Ölkədaxili sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcək? – VİDEObackend

Ölkədaxili sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcək? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il yeni il ərəfəsində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə səfər edən insanların sayı artır. Avtovağzallarda və dəmiryolu vağzallarında sıxlıq müşahidə olunur. Ancaq rayonlara işləyən qatarların fəaliyyəti ötən ilin martından necə dayandırılıbsa, hələ də açılmayıb. Bəs belə olan halda necə oalcaq? Avtovağzallar bu sıxlığın öhdəsindən gələ biləcəklərmi? Yoxsa qatarlar işə salınacaqmı? Əməkdaşımız Nərmin Mirvalehqızı suallara cavab tapmağa çalışıb.

Bayramda insanlar bütün qayğılarını unudub, əyləncəyə, istirahətə vaxt ayırmaq istəyirlər. Ancaq belə günlərin də öz qayğıları olur. Məsələn, nəqliyyatla bağlı. Belə ki, yeni ili başqa şəhər və rayonlarda qarşılamaq istəyənlər də az deyil. Bunun üçün əvvəllər ya avtovağzallara üz tuturduq, ya da qatarla səyahət edirdik. Ancaq hazırda sərnişin qatarları işləmədiyinə görə bayram günləri avtovağzallarda müşahidə olunan sıxlığın daha da artacağı gözlənilir.

Nəqliyyat məsələləri üzrə ekspert İlahə Əhmədova deyir ki, sözügedən qatarların fəaliyyətinin bərpa olunması sərnişin sıxlığının azalmasına kifayət qədər təsir edə bilər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, paytaxtdan rayonlara işləyən sərnişin qatarların fəaliyyətinin bərpa olunması ilə bağlı hələ ki qərar qəbul edilməyib. Əgər yaxın günlərdə belə bir qərar verilərsə ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Günay Əliyeva isə deyir ki, gözlənilənsərnişin sıxlığı ilə əlaqədar ölkə üzrə 56 avtovağzal, eyni zamanda Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib. Bəzi istiqamətlərdə hətta avtobus sayının artırılması da nəzərdə tutulub.