Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılırbackend

Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.
 
TİA.AZ  bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət aşağıdakı qatarlardan gedir:
– Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı
– Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı
– Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı
– Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı
– Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı
– Bakı-Yalama-Bakı elektrik qatarı
– Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı
Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.