Ölkə üzrə genişmiqyaslı yaz ağac əkini davam edirbackend

Ölkə üzrə genişmiqyaslı yaz ağac əkini davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaz ağac əkini mövsümü çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, martın 18-də ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə İsmayıllı rayonunun meşə fondu ərazisində 1 hektar ərazidə 1600-dən çox müxtəlifcinsli ağac tingi əkilib və palıd toxumu səpilib.

Martın 19-da isə Oğuz rayonunda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin və nazirliyin regional idarələrinin əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 3500 meşəcinsli ağac əkilib.

Qeyd edək ki, yaz ağac əkini mövsümü başlayandan bu günədək respublikanın 25 rayonunda ağac əkini həyata keçirilib, 60 hektar ərazidə 78 minə yaxın müxtəlifcinsli ağac əkilib, 1900 kiloqramdan çox toxum səpilib.