ÖLKƏ ŞƏHİDLƏR VERİR, “AZƏRLOTEREYA” ÖZÜNÜ ŞƏHİDLƏRLƏ REKLAM EDİR – RƏZALƏTbackend

ÖLKƏ ŞƏHİDLƏR VERİR, “AZƏRLOTEREYA” ÖZÜNÜ ŞƏHİDLƏRLƏ REKLAM EDİR – RƏZALƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan daha 6 şəhid verib və bununla da sərhəddəki erməni təxribatlarının layiqli cavabının verilməsi nəticəsində 77 şəhidimiz var.
TİA.Az xəbər verir ki, ölkənin belə gərgin və həssas günlərində isə bəzi şirkətlər xal qazanmaq, özlərini piar və reklam etmək üçün hətta şəhid adı üzərindən də siyasət qururlar.
Bu xüsusda “Azərlotereya” ASC olduqca ikrah hissi doğuran bir kampaniyaya imza atıb. Belə ki, gecə-gündüz qumarla gəlir əldə edən şirkət “Əmanətə sədaqət” devizinə əsaslanaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin bizə yadigar qalan ailə üzvləri üçün təhsil təqaüdü proqramını davam etdirmək adı ilə özünə alqış qazanmağa çalışır.
Şirkət belə bir gündə təqaüd ayırdığı Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib. Bu addımı da sosial şəbəkə platformalarında etiraz və ictimai qınaqla qarşılanıb. Cəmiyyət ölkə boyu qumarxanalar açan şirkətin belə bir gündə tədbir keçirib özünü gözə soxmaq istəmək cəhdini pisləyib.
Çünki xalq şəhidləri ilə vidalaşır, ayrı-ayrı bölgələrdə şəhidlərin dəfn mərasimləri davam edir, elə sentyabrın 16-da da Müdafiə Nazirliyi daha 6 şəhidimiz olduğunu açıqladı, bu həssas zamanda isə “Azərlotereya” ASC özünü göstərir, reklam qurur.

TİA.Az