Ölkə sanki yağlı əppəkdir, daraşıb talayırlar- Deputat sərt danışdı(VİDEO)backend

Ölkə sanki yağlı əppəkdir, daraşıb talayırlar- Deputat sərt danışdı(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”Bəziləri istisna olmaqla, elə bir sahə göstərilsin ki, orada rüşvət, özbaşınalıq və libasını dəyişmiş korrupsiya yoxdur. Qoy bu məmurlar desinlər, görək harda büdcə talançılığı yoxdur? Oğurluq etmirlər, vəzifələrini isə qanunda yazıldığı kimi icra edirlər. Mətbuatda çıxış edib desinlər ki, mən siz deyən kimi deyiləm, əmək haqqı ilə dolanıram, sərvətim aylıq maaşımla formalaşıb. Vətəndaşlar da, biz də başa düşək ki, maaşla məmur necə milyoner olur? Necə 10 min, 100 minlərlə torpaq sahəsinin sahibi olurlar? Əməkhaqqı ilə xaricdə ada necə almaq olar”

Editor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin dünən keçirilən plenar iclasında deyib.

O, bildirib ki, əksər Azərbaycan vətəndaşı bu qədər sərvət istəmir:

”Cənab Prezidentin tapşırıqları xalqı razı salacaq səviyyədə yerinə yetirilmir. Prezidentin hər çıxışında nə qədər xəbərdarlıq edilsə də, buna əməl etmirlər. Bundan sonrakı addımlar yalnız Prezident İlham Əliyevin məsuliyyəti deyil, biz deputatlar da çılpaq həqiqətləri deməliyik. Ölkə sankı yağlı əppəkdir daraşıb talayırlar. Bu ölkəni talayanların, varidatını oğurlayanların, qeyri-qanuni yollarla varlananların dövlətin qorumasında rolu yoxdur. Qurulan dövlətin saxlanılmasında bizim və sizin kimi eliqabarlı, alnı tərli, ömrünü qorxu içində keçirənlərin, məvacib ilə yaşayanların dövləti və dövlətçiliyi qoruyanların rolu və haqqı var. Oğurluq, yalançılıq, şirildilmiş tərif, yaltaqlıq bu cəmiyyəti inkişaf etməyə qoymur. Arxasında güclü məmur əli olmayan bir çox müəssisələr normal işləyə bilmir bağlanır”.

Razi Nurullayev qeyd edib ki, bu dövlət talan edilsin deyə qurulmuyub:

”Vəzifə daşıyanların xeyli hissəsinin heç bir haqqı yoxdur, amma özlərini elə aparırlar, ölkəni elə dağıdıb talan edirlər ki, elə bil bu dövləti onlar yaradıb. Dövləti quranların çoxu nimdaş kostyumda və möhtac yaşayır! Biz Ermənistanla müharibəni qazandıq, bundan sonra daxildə müharibə elan etmək, normal cəmiyyət quruculuğuna mane olanları cəzalandırmaq lazımdır”.

/Gülnarə Abasova,