Ölkə prezidentini çempionat matçına buraxmadılarbackend

Ölkə prezidentini çempionat matçına buraxmadılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Braziliyanın prezidenti Jair Bolsonaro ölkə çempionatının “Santos” – “Qremio” matçına buraxılmayıb. 
TİA.AZ xəbər verir ki, bu haqda Braziliyada yayımlanan “Metropoles” kanalında məlumat yayılıb. Sao Pauloda tətildə olan prezidentin COVİD-19-a qarşı peyvənd olunmadığı üçün matçı izləməsinə icazə verilməyib. “Santos” azarkeşi olan Bolsonaro oyuna buraxılamdığı üçün narazılığını bildirib: “Niyə peyvənd pasportu və ya kartı? “Santos”un oyununu izləmək istəyirdim. Dedilər, peyvənd olunmaq lazımdır. Niyə? Peyvənd olunanlardan daha çox sağlamam”.
Braziliyanın müxtəlif bölgələrində oyunları izləmək üçün COVİD-19-a qarşı peyvənd olunmaq və ya neqativ PCR testi tələb edilir. Koronavirusdan sağaldığı üçün peyvənd olunmaq istəməyən prezident bu haqda fikirləşmədiyini də dilə gətirib. Bolsonaro koronavirus pandemiyası ilə əlaqədar verdiyi açıqlamalar və bununla bağlı tədbirləri hədəf alması səbəbindən tez-tez tənqidlərlə üzləşir.
Pandemiya səbəbindən Braziliyada 600 mindən çox insanın ölüb. Ölənlərin sayına görə Braziliya ABŞ-dan sonra dünyada ikinci yeri tutur.