“Ölkə postpandemiya dövrünə hazırlaşmalıdır” – Deputat Vahid Əhmədovbackend

“Ölkə postpandemiya dövrünə hazırlaşmalıdır” – Deputat Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda dünya ölkələri kimi, Azərbaycanda da biznes mühiti, hələlik, o qədər də əlverişli deyil. Amma vəziyyət belə qalmayacaq, ölkə postpandemiya dövrünə hazırlaşmalıdır“.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib

“İnanıram ki, dövlət başçısının çağırışına səs verən iş adamları olacaq“-deyə millət vəkili vurğulayıb.

V. Əhmədov deyir ki, indi dünya ölkələrini bütünlükdə investisiya üçün əlverişli hesab etmir: “İstehsal sahələri ya dayanıb, ya məhdudlaşıb, belə vəziyyətdə iş adamları risklərdən çəkinirlər. Amma ümid edək ki, pandemiya dövrü tezliklə bitəcək və bütün ölkələr kimi, Azərbaycan da biznes və investisiya üçün tam əlverişli duruma gələcək”.