Ölkə ərazisində yağış yağır – Faktiki havabackend

Ölkə ərazisində yağış yağır – Faktiki hava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 25-i səhərədək olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Kişçay (Şəki), Zaqatalada 3 mm, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Göygöl, Gədəbəy, Ordubad, Şəmkir, Ceyrançöl, Ağstafa, Şəki, Şahdağ, Gəncə, Şahbuz, Qrız, Oğuz, Mingəçevir, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.
Mayın 25-i səhər saatlarından güclü-şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.6 metrə enib.
Qeyd edək ki, mayın 25-də gün ərzində hava şəraiti Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi 5-10 m/s, arabir 15-17 m/s təşkil edəcək.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, aran rayonlarında 25-30, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.